Rusiya Səhiyyə Nazirliyi psixi pozğunluğu olan xəstələrin sayına görə lider bölgələrin adlarını açıqlayıb.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
Məlumata görə, Rusiyanın Çukotka bölgəsi psixikasında problemləri olan xəstələrin sayına görə liderdir.
Belə ki, ötən il bu bölgədə 100 min nəfərdə psixi pozğunluq aşkar edilib. Siyahıda 2-ci yerdə Rusiyanın Yəhudi Muxtar Vilayəti, 3-cü yerdə isə Altay diyarı qərarlaşıb.
Qeyd edək ki, psixi pozğunluqları olan xəstələr Çeçenistanda, İnquşetiyada və Moskvada əhali sayına görə nisbətdə daha azdır. Cebhe.info