Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Rusiyanın partladılan qaz kəmərlərinin aqibəti necə olacaq?

Rusiyanın partladılan qaz kəmərlərinin aqibəti necə olacaq?

“Rusiya “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnmiş xətlərini bağlamaq niyyətindədir, onların təmiri və ya bərpa etmək planları yoxdur”.

Bu barədə məlumatlı mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Bir mənbə bildirib ki, Moskva bu layihəni “dəfn olunmuş” hesab edir. Digər iki mənbə də hesab edir ki, qaz kəmərləri gələcəkdə yenidən açılması mümkün deyil, hazırda Kreml Qərblə münasibətləri yaxşılaşdırmaq perspektivini görmür.

Başqa bir mənbə tərəflərin konservasiya imkanlarını nəzərdən keçirdiyini bildirib.

“Qazprom” və boru kəməri operatoru “Nord Stream AG” “Reuters”in sorğusuna cavab verməyib. “Nord Stream AG”nin minoritar səhmdarı olan Almaniyanın E.ON şirkəti boruların bərpası ilə bağlı nə lehinə, nə də əleyhinə heç bir qərar verilmədiyini bildirib.

“Reuters” bildirir ki, konservasiya qırılan yerlərin təmizlənməsi və boruların korroziyaya qarşı materialla örtülməsi deməkdir.

AzPolitika.info

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …