Cümə , Avqust 12 2022
Ana səhifə / Dünya / Rusiyanın İTKİLƏRİ – Ən çox zərbəni bu bölgədə aldılar

Rusiyanın İTKİLƏRİ – Ən çox zərbəni bu bölgədə aldılar

Ukrayna ordusu tərəfindən son sutkada 70 rus hərbiçisi öldürülüb.  Bununla da Rusiyanın fevralın 24-dən bu yana ümumi  itkisi 37 470 nəfərə çatıb.

Bu barədə  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Rusiyanın texnika sarıdan itkiləri belədir: 1 649 tank; 3 829 zirehli döyüş maşını; 838 artilleriya sistemi; 247 reaktiv yaylım atəşi sistemi; 109 hava hücumundan müdafiə sistemi; 217 təyyarə; 188 helikopter; 676 operativ pilotsuz uçan aparat; 155 qanadlı raket; 15 gəmi/qayıq; 2 min 699 avtomobil texnikası və tankerlər; 66 xüsusi texnika.

Məlumatda qeyd olunur ki, düşmən son sutka ərzində ən böyük itkini Nikolayev istiqamətində verib.

Həmçinin oxuyun

Mariya Ovsyannikova ev dustağı edildi

Rusiyanın Birinci televiziya kanalının canlı efirdə Ukraynada xüsusi əməliyyata qarşı etiraz aksiyası keçirmiş redaktoru Mariya …