Cümə , Dekabr 1 2023
Ana səhifə / Dünya / Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər. 

“Report” xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, bu barədə Kremlə bağlı mənbələr danışıblar. 

Bildirilib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır: 

“Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. ABŞ-la Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”. 

Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir. 

Xatırladaq ki, Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. 

Həmçinin oxuyun

ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer vəfat etdi

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Nobel …