Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Rusiyalı nazir: “Əminik ki, “Vostok” gəmisinin ekipajı sağdır”

Rusiyalı nazir: “Əminik ki, “Vostok” gəmisinin ekipajı sağdır”

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları davam etdiriləcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.

“Vostok” gəmisinin axtarışları nə qədər lazımdırsa, o qədər davam edəcək. Əminik ki, gəminin ekipajı sağdır. Xilasetmə əməliyyatı nə qədər tələb olunursa, o qədər aparılacaq”, – deyə rusiyalı nazir vurğulayıb.

Puçkov hazırda genişmiqyaslı axtarış əməliyyatının həyata keçirildiyini, FHN-nin aviasiyasının hadisə yerində işlədiyini söyləyib. Onun sözlərinə görə, rayonda müşahidə olunan ağır hava şəraiti xilasedicilərin işini çətinləşdirir.

Qeyd edək ki, Yapon dənizində batan “Vostok” balıqçı gəmisində Rusiya vətəndaşı olan azərbaycanlılar – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

Həmçinin oxuyun

Bayden Trampın qərarlarını ləğv etdi: Müsəlman ölkələrinə qadağa qaldırıldı

ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın …