Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Dünya / Rusiyalı ekspert: “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər”

Rusiyalı ekspert: “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər”

Ermənistanda indiki qeyri-sabit vəziyyət kəskin siyasi rəqabət fonundan yenidən ciddi iğtişaşlara səbəb ola bilər.

Bunu Azərbaycan KİV-inə rusiyalı ekspert və publisist Dmitri Verxoturov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın gələcək siyasi kursu və ümumilikdə gələcəyi sual altındadır: “Təbii ki, Qarabağın Ermənistanın tərkibinə qatılmasının tərəfdarları Azərbaycanla danışıqlara istənilən yollarla mane olmağa çalışacaq. Ona görə də təəccüblü deyil ki, Düşənbədəki danışıq cəhdini bu dairələr narahatlıqla qarşılayıb”.

Ermənistanın hazırkı rəhbərliyi ilə “Qarabağ klanı” arasındakı münaqişədən danışan D.Verxoturov bildirib ki,”Qarabağ klanı” hələ ki, ən mütəşəkkil qüvvədir, çünki onların hakim sistemdə möhkəm mövqeləri və böyük dəstəyi var: “Onların ermənilərə nə isə vəd edən ideyaları var. Ona görə də onlar ölkə daxilində reytinqi sürətlə düşən Paşinyandan hakimiyyəti geri ala bilərlər”.

Ekspert əlavə edib ki, “Qarabağ klanı” Ermənistanda yenidən hakimiyyətə gələ bilər. (virtualaz.org)

VIPedu.BIZ

Həmçinin oxuyun

“Paşinyana dedim ki, heç vaxt səni dəstəkləmərəm” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko tən gün Minskdə rusiyalı jurnalistlərlə görüşündə KTMT baş katibi məsələsi ətrafında …