Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Rusiyadan Türkiyəyə qarşı AFRİN XƏYANƏTİ – Kürdlərlə separat danışıqlar

Rusiyadan Türkiyəyə qarşı AFRİN XƏYANƏTİ – Kürdlərlə separat danışıqlar

Kürdlər Afrini Suriya hökumət qüvvələrinin nəzarətinə verməyə meyil edirlər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İzvestiya” qəzeti yayıb. Qəzetin YPG-dəki mənbəsi isə kürdlərin Dəməşqlə danışıqlara Türkiyənin “Zeytun budağı” əməliyyatından sonra başlatdığını bildirib:

“Biz şəhəri və onun ətrafındakı rayonları verməyə hazırıq, amma bununla bağlı zəmanət almalıyıq. Dəməşq bizim maraqlarımıza zərər verməməlidir”.

“İzvestiya”ya danışan rusiyalı mənbə isə kürdlərlə Dəməşqi məhz Moskvanın barışdırmağa çalışdığını və kürdləri Afrini Dəməşqə verməyə səslədiyini söyləyib.

Qəzetə bu informasiyanı Rusiyadakı Kürdlərin Federal Milli Mədəni Muxtariyyat Şurasının rəhbəri Fərhad Patiyev də təsdiqləyib. Onun sözlərinə görə, hazırda Dəməşqlə kürdlər arasında bu danışıqlar həqiqətən aparılır və hər bir tərəfin razılaşma üçün öz şərtləri var.

Suriya Müdafiə Nazirliyinin generalı Samir Süleyman isə Afrinə kürdlərdən icazə alaraq girməyəcəklərini deyib:

“Biz dəvətə və özəlliklə icazəyə ehtiyac duymuruq. Afrinə girmək Suriya ordusunun hüququdur. Bu bölgə Suriyanın bir hissəsidir. Bu rayonlara girmək haqqında qərar veriləndə hərbçilər bunu edəcəklər”.

Qeyd edək ki, bundan öncə Rusiyanın YPG-yə Afrini Dəməşqin tabeliyinə verməyi təklif etdiyi, ancaq terror qruplaşmasının bu təklifdən imtina etdiyi, buna görə də Moskvanın Türkiyənin hərbi əməliyyatlarına dəstək verdiyi bildirilmişdi.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …