Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / «Rusiyadan S-400 kompleksi almayın» – ABŞ-dan Türkiyəyə çağırış…

«Rusiyadan S-400 kompleksi almayın» – ABŞ-dan Türkiyəyə çağırış…

Vaşinqtondakı məmurlar bəyan ediblər ki, Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması «NATO-da operativ uyğunluğa neqativ təsir göstərə bilər». Bu barədə, naməlum mənbəyə istinadla, «Habertürk» nəşri məlumat yayıb.

Qəzetin həmsöhbətinin sözlərinə görə, əgər Türkiyə Rusiyadan S-400 alsa, Amerika Birləşmiş Ştatları (ABŞ) ona qarşı məhdudlaşdırıcı tədbirlər görə bilər.

«ABŞ hakimiyyəti, hava hücumundan müdafiə ehtiyacını ödəmək istiqamətində daha yaxşı alternativ tapmaqda Türkiyəyə kömək etmək istəyir» – deyə, Vaşinqtondakı mənbə bəyan edib.

S-400 kompleksi düşmən aviasiyasını, qanadlı və ballistik raketlərini 400 kimlomet məsafədən və 30 kilometr yüksəklikdə məhv etmək üçün nəzərdə tutulub. (Azpolitika.info)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …