Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Rusiyadan iranlı generalın məhvinə reaksiya: “Bunu avantüra kimi dəyərləndiririk…”

Rusiyadan iranlı generalın məhvinə reaksiya: “Bunu avantüra kimi dəyərləndiririk…”

Rusiya Xarici İşlər Nazirliyi İran generalı Qasım Süleymaninin İraq paytaxtında raket zərbəsi ilə məhv edilməsinə münasibət bildirib.

“Amerikanın Bağdadda raket zərbələri ilə Süleymanini öldürməsini avantüra kimi dəyərləndiririk, bu, bütün regionda gərginliyin artmasına səbəb olacaq. Süleymani İranın milli maraqlarının qorunması işinə fədakarcasına qulluq edirdi”, – Rusiya XİN-dən RİA Novosti-nin sorğusuna verilən cavabda deyilir.

“İran xalqına səmimi kədərimizi çatdırırıq”, – Rusiya XİN-dən deyilib.

“İranın xüsusi “Qüds” bölməsinin rəisi Qasım Süleymaninin öldürülməsi ondan xəbər verir ki, ABŞ Yaxın Şərqdə terrorizmlə mübarizə aparmır, bu cür hərəkətlər regionda vəziyyəti kəskin pisləşdirəcək”.

Bunu Rusiya Dövlət Dumasının Suriya parlamenti ilə əlaqə qrupunun koordinatoru Dmitri Sablin bildirib.

“General Qasım Süleymaninin öldürülməsi bir daha sübut edir ki, ABŞ-ın Yaxın Şərqdəki məqsədi heç də terrorizmlə mübarizə deyil. Süleymani İŞİD-ə, eyni zamanda İraq və Suriyada mövcud  olan digər terrorçu qruplaşmalara qalib gəlməkdə az rol oynamayıb. ABŞ artıq dünya jandarmı rolu ilə barışmır, indi də dünya cəlladı olmaq fikrinə düşüb”, – Sablin ddeyib.

Rusiyalı siyasətçi qeyd edib ki, bu cür fəaliyyət qanunsuz qəsddən başqa bir şey deyil və regionda, eləcə də Suriyada vəziyyəti kəskin pisləşdirəcək.

“Əgər ABŞ Prezidenti fərdi, balaca, qalibiyyətli müharibə arzusundadırsa, qoy özündən əvvəlki prezidentlərin İraqdakı və Liviyadakı nəticələrinə nəzər salsın”, – deputat əlavə edib.

Sablin İran xalqına və “ağıllı, öz ölkəsinə, döyüşçü sözünə sadiq, döyüş meydadında həlak olan” Süleymaninin yaxınlarına başsağlığı verib. 

“Qüds” xüsusi dəstəsinin başçısı Qasım Süleymani yanvarın 2-də axşam saatlarında öldürülüb. Onunla birlikdə İraqın “əl-Həşd əş-Şəhabi” şiə qruplaşmasının bir neçə lideri, o cümlədən şiələrin komandirinin müavini Əbu Mehdi əl-Mühəndisi də həlak olub.

Pentaqondan bildirilib ki, Bağdad aeroportuna hücum əmrini Prezident Donald Tramp verib. ABŞ həlak olan general Süleymanini dekabrın 31-də bu ölkənin İraqdakı səfirliyinə və koalisiya qüvvələrinin bazalarına hücumda təqsirli bilir.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İİKK generalının ölümünü “beynəlxalq terrorizm aktı” adlandırıb.

İranın dini lideri ayətullah Əli Xamneyi də ABŞ-ı qisasla hədələyib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …