Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Dünya / Rusiyadan gələn iki polkovnikin iştirakı ilə Yerevanda yeni ittifaq yarandı

Rusiyadan gələn iki polkovnikin iştirakı ilə Yerevanda yeni ittifaq yarandı

Ermənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının-“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu hərəkata da keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Məsələn, Serj Sərkisyanın Respublika partiyasından keçmiş deputat Ayk Babuxanyan, bir əvvəl “Çiçəklənən Ermənistan” (indi bu söz birləşməsi Ermənistanda heç yerinə düşmür) partiyasından istefa vermiş “müstəqil” deputat Tiqran Urixanyan və digərləri.

 Yeni hərəkatın da gündəmi fərqli deyil: Paşinyanın istefasını tələb etmək. Amma Vazgen Manukyanın başçılıq etdiyi və bu vaxta qədər geniş xalq kütlələrini Paşinyana qarşı qaldırmaqda uğur qazana bilməyən hərəkatdan fərqli olaraq onlar həm də Rusiya ilə “yeni ittifaq” tələb edirlər. Hərəkatın Yeravan Opera və Balet Teatrında keçirilmiş təsis konfransında Babuxanyan deyib ki, onların hərəkatı apolitikdir: sadəcə olaraq “qaranlıqda işıq” axtarırlar və “güclü Ermənistanı Rusiya ilə birlikdə görürlər, Rusiya ilə yeni ittifaq istəyirlər”.

Çıxışlardan bəlli olub ki, hərəkat işirakçıları Rusiya ilə “ittifaq dövləti”nin yaradılmasını istəyirlər və Ermənistanı “sorosçulardan təmizləməyi” qarşıya məqsəd qoyublar.

Maraqlıdır ki, hərəkatı “salamlamağa” Rusiyadan iki polkovnik də gəlib. Onlardan biri kazak hərəkatının polkovniki Andrey Jiqov, digəri “Rusiya qəhrəmanları ittifaqı”nın üzvü, istefada olan polkovnik Oleq Kryuqovdur.

Təsis yığıncağında habelə Krım respublikası xalq özünümüdafiə polkunun veteranları ittifaqı” adlı təşkilatdan Armen Martoyan da çıxış edib. O, həm də “Vahid Rusiya” partiyasının yerli təşkilatının siyasi şurasının üzvüdür. İştirakçılar arasında keçmiş baş nazir Qrant Baqratyan,  Kəlbəcərdəki restoranı əldən getdiyinə görə göz yaşları tökən, bir vaxtlar Ağdamda dayanıb “Bakıya qədər gedəcəyik” deyə Azərbaycanı hədələyən “rejissor” Artak Zakaryan və Paşinyanı öldürməyə çağıran keçmiş səhra komandiri Vahan Çaxalyan da görünüb.

Həmçinin oxuyun

Robert Köçəryan: “Əgər hakimiyyət eyni üsulla davam etsə növbəti seçklər qaçılmaz olacaq”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan rəhbərlik etdiyi “Ermənistan” blokunun aldığı 270 min səsdən məyusluğunu gizlətməyib. …