Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Dünya / Rusiyada yeni diaspor təşkilatımızla bağlı xoş xəbər – martda qurultay gözlənilir

Rusiyada yeni diaspor təşkilatımızla bağlı xoş xəbər – martda qurultay gözlənilir

Mart ayında qurultay keçiriləcəyi gözlənilir

Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsindən sonra Rusiyadakı azərbaycanlılar yeni təşkilatın yaradılması istiqamətində səy göstərirlər. Qeyd edək ki, ötən ilin mayında Rusiya Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin “Ümumrusiya Azərbaycan Konqresi” (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da isə Rusiya Ali Məhkəməsinin Apelyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.

Bundan sonra Rusiya Ali Məhkəmənin Rəyasət Heyəti də ilkin instansiyanın qərarını qüvvədə saxlayıb. Odur ki, ÜAK rəhbərliyində olan şəxslər vaxt itirmədən yeni diaspor təşkilatının yaradılmasını zəruri sayaraq, hərəkətə keçiblər. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov bir müddət öncə qəzetimizə bildirmişdi ki, hüquqşünaslar lazımi sənədləri hazırlayıb qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edəcəklər. Qurumun təsisçiləri çalışırlar ki, bu təşkilat ÜAK-ın taleyini yaşamasın. Odur ki, hüquqi prosedurlara ciddi şəkildə əməl edilir. Aldığımız son məlumata görə, Rusiya hakimiyyət dairələri azərbaycanlıların diaspor təşkilatının təsis edilməsi barədə təşəbbüsə müsbət yanaşır.

Bu mənada ümid var ki, yeni təşkilatın qeydiyyatına əngəl yaradılmayacaq. Qeyd edək ki, F.Qurbanov əməkdaşımızla söhbətində məsələni siyasiləşdirməyin əleyhinə olduğunu deyərək, problemlərin ortaya çıxmasının hüquqi səbəblərinin olduğunu bildirmişdi. Onun sözlərinə görə, keçmiş rəhbərlik hüquqi boşluqların aradan qaldırılması barədə xəbərdarlıqlara vaxtında reaksiya vermədiyi üçün iş bu həddə gəlib çatıb. Diaspor təşkilatının rəhbəri regionlardakı soydaşlarımızın da yeni təşkilatın ətrafında birləşməyə hazır olduğunu da söyləmişdi. “Biz istərdik ki, tanınmış ziyalılar, biznesmenlər bizə dəstək olsun. Əlbəttə, onlar böyük dəstək verə bilər. Biz heç kimin yolunu bağlamamışıq, bizim cəmiyyət açıqdır. Adlı-sanlı adamlar insanlara dəstək ola bilər”. Bu fikirləri də F.Qurbanov ötən müsahibələrindən birində bizə demişdi. Məlumata görə, bir sıra adlı-sanlı ziyalılar, o cümlədən iş adamları yeni diaspor təşkilatının işinə yaxından dəstək verirlər. Onların bəzilərinin Putin administrasiyası ilə yaxın əlaqəsi var.

Fazil Qurbanov ile ilgili görsel sonucu

Məlumatlı mənbənin dediyinə görə, yeni təşkilatın qurultayının mart ayında keçirilməsi gözlənilir. Ola bilsin ki, qurultay Rusiyadakı prezident seçkilərindən əvvəl baş tutsun. Mənbəmiz bildirdi ki, Bakı ilə Moskva arasında intensiv əlaqələr, münasibətlərin yüksələn xətlə inkişafı da diaspor təşkilatı ilə bağlı işlərin dinamikasına təsir göstərir. Yeri gəlmişkən, fevralın 6-7-də Azərbaycan parlamentinin nümayəndə heyəti spiker Oqtay Əsədovun başçılığı ilə Rusiyada səfərdə olub.

Parlament nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə tədbirdə iştirak edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildirlər. Yəqin ki, bu səfər zamanı Azərbaycan parlamentində vaxtaşırı müzakirə olunan məsələdən, milyonlarla azərbaycanlını öz ətrafında birləşdirən ÜAK-ın ləğvindən sonra yeni təşkilatın təsis olunmasından da bəhs olunub. Bu arada məlum oldun ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aprel ayında, prezident seçkilərindən sonra Azərbaycana səfər edəcək. Bu əlaqələr isə azərbaycanlılaırn diaspor təşkilatının təsis olunmasına heç şübhəsiz ki, müsbət təsir göstərəcək.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …