Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Rusiyada tələbə insanları atəşə tutdu, sonda intihar etdi – Yenilənib + Video

Rusiyada tələbə insanları atəşə tutdu, sonda intihar etdi – Yenilənib + Video

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat kollecində atışma olub.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, tələbələrdən biri kollec binasının üçüncü mərtəbəsində insanlara atəş açıb, sonra isə həyatına son qoyub.

Şahidlər beş dəfə atəş səsi eşidib. Onlardan üçü dəhlizdə, ikisi isə kabinetdə açılıb.

Hadisə nəticəsində atəş açan tələbənin özü və daha bir nəfər ölüb, üç nəfər yaralanıb.

İnsidentin təfərrüatları aydınlaşdırılır.  

**

Rusiyanın Blaqoveşensk şəhərində İnşaat kollecində tələbənin açdığı atəş nəticəsində zərərçəkənlərin sayı artıb. 

“Qafqazinfo”nun məlumatına görə, onların sayı 5-ə qalxıb. Daha əvvəl üç nəfərin yaralanması haqda xəbər verilmişdi – Yeqor S., Kasyan K., Vladislav R.. 

Atəşin dördüncü kurs tələbəsi tərəfindən açıldığı məlum olub. 

**

Rusiyanın Blaqoveşensk şəhərində İnşaat kollecində tələbənin hansı səbəbdən atəş açması məlum olub.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, ilkin məlumata görə, tələbəni gecikdiyinə görə auditoriyadan çıxarıblar, bundan sonra o, tələbələrə odlu silahdan atəş açıb.

Hadisə yerində polis əməkdaşları işləyir.

**

“REN TV” Blaqoveşensk şəhərində İnşaat kollecində tələbələri atəşə tutan şəxsin fotosunu yayımlayıb. 

“Qafqazinfo”nun məlumatına görə, kollec binasına yetişən polis əməkdaşları atəş açan tələbəni tamamilə zərərsizləşdirib.

**

İstintaq Komitəsinin Amur vilayəti üzrə İstintaq İdarəsi Blaqoveşensk şəhərində kollecdə baş verən atışma faktı ilə bağlı cinayət işi açıb. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

İstintaq Komitəsinin məlumatına görə, atəş açan tələbənin 19 yaşı var. Hadisə nəticəsində həyatını itirən tələbənin 19, yaralananların isə 17, 19 və 20 yaşları var. 

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …