Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur – Yenilənir

Rusiyada sərnişin təyyarəsinin dənizə düşdüyü ehtimal olunur – Yenilənir

Rusiyada “An-26” tipli sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka əyaləti üzrə Baş idarəsinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, 6 iyul tarixində Petropavlovsk-Kamçatka-Palana reysi üzrə sərnişin daşıyan “An-26” təyyarəsi plan üzrə nəzərdə tutulan vaxtda əlaqə yaratmayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 1 uşaq, 6 heyət üzvü də daxil olmaqla 22 sərnişin var.

Petropavlovsk-Kamçatska ərazisindən və Ossora qəsəbəsindən regional axtarış-xilasetmə bazasının xilasediciləri təyyarənin axtarışına başlayıb. FHN-in Kamçatka əyaləti üzrə axtarış-xilasetmə qrupları da axtarışlara qoşulub. 

Həmçinin qeyd olunur ki, tələb olunarsa, axtarışlar zamanı “Mi-8” vertolyotu və “İl-38” hərbi təyyarələrindən də istifadə olunacaq.

***

TASS agentliyi xəbər verir ki, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 23 sərnişin olmaqla 29 nəfər olub.

***

Əyalətlərin rəsmi qurumları əvvəl verilən məlumatdan fərqli olaraq bildirirlər ki, təyyarənin göyərtəsində 6 heyət üzvü və 21 sərnişin var. Sərnişinlərdən ikisi 12 yaşına qədər uşaqlardır.

***

“İnterfaks”ın verdiyi məlumata görə, Palana qəsəbəsi şəhər dairəsinin rəhbəri Olqa Moxireva da təyyarədə sərnişinlər sırasındadır.

***

Axtarış-xilasetmə qrupları hazırda təyyarəni həm quruda, həm də dənizdə axtarırlar.

***

Mənbələrdən “İnterfaks”a verilən məlumatlara görə, təyyarənin ya Oxot dənizinə, ya da Palana yaxınlığında kömür mədəninin ərazisinə düşmə ehtimalı var.

***

Təhlükəsizlik qaydalarının pozulmasına görə faktla bağlı cinayət işi başladılıb.

***

Rusiya Hava Nəqliyyatı Federal agentliyinin (“Rosaviasiya”) məlumatına görə, Kamçatkada radarlardan itmiş “An-26” təyyarəsi dumanlı və buludlu hava şəraitində enişə hazırlaşıb.

Onunla əlaqə təxmin edilən eniş vaxtından təqribən 10 dəqiqə əvvəl kəsilib. Belə ki, ekipaj enişi Moskva vaxtı ilə saat 05:50-də həyata keçirməli idi.

***

Təyyarənin məxsus olduğu “Kaçmatka” aviaşirkətinin icraçı direktoru Aleksey Xrabrov bildirib ki, “An-26” texniki cəhətdən qaydasında olub.

***

Fövqəladə xidmətlərin nümayəndəsinin “RİA Novosti”yə verdiyi məlumata görə, xilasedicilər təyyarənin qəzaya düşmə yerini təyin ediblər. Onun dənizə düşdüyü ehtimal olunur.

***

“İnterfaks”ın məlumatına görə, xilasedicilər Kamçatka sahillərində zəif radiosiqnal qeydə alıblar. Bu siqnalın hazırda axtarışı davam edən “An-26” təyyarəsinin qəza radiocihazından gəldiyi təxmin edilir. Belə ki, bu siqnal təyyarə qəzaya düşdükdə işə düşür.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …