Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Dünya / Rusiyada səkkiz ton balıq yollara səpildi – VİDEO

Rusiyada səkkiz ton balıq yollara səpildi – VİDEO

Rusiyanın Petropavlovsk şəhərində yük maşınının sürücüsü səkkiz ton balıq və balıq tullantısını yola dağıdıb.

Lenta.ru xəbər verir ki, yerli icra hakimiyyəti orqanları sürücünün bu hərəkətini işinə məsuliyyətsiz yanaşma və sərxoş olması ilə əlaqələndiriblər.

Yol polisi müşahidə kameralarının köməyilə sürücünün kimliyini müəyyən edib. Yükün daşınmasını təmin edən müəssisəyə isə yolu təmizləmək tapşırılıb.

Məlumatda qeyd edilir ki, Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin mütəxəssisləri balıq tullantılarının kosmosda istifadəsi üçün texnologiya işləyib hazırlayıblar.

Araşdırmalara əsasən, balıq sümükləri, pulu və içalatından kosmosda bitkiləri yetişdirmək üçün qidalandırıcı məhlul hazırlanır.


Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …