Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Dünya / Rusiyada Nobel mükafatı almış jurnalist xarici agent elan olundu

Rusiyada Nobel mükafatı almış jurnalist xarici agent elan olundu

Rusiya Ədliyyə Nazirliyi Nobel mükafatı laureatı, jurnalist Dmitri Muratovu xarici agentlərin reyestrinə daxil edib.

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov xarici agent elan edilib.

Bundan əlavə Ədliyyə Nazirliyi komediya aktyoru Ruslan Belıyı, 5-ci və 6-cı çağırış Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Maksim Rezniki, siyasətçi Mayrbek Vaçaqayevi, “Exo Moskvı” radiostansiyasının keçmiş teleaparıcısı Oksana Barşeva (Kseniya Larina), sovet yazıçısı Oleq Radzinskini, iqtisadçı Konstantin Sonini və “Dojd TV” kanalının əməkdaşı (Rusiya Federasiyasında xarici media agenti kimi tanınır) Denis Kataevi xarici agentlərin siyahısına daxil edib.APA

Həmçinin oxuyun

Paşinyanın partiyası seçkilərdə qalib gəlib

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 …