Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Rusiyada keçmiş mer evinin həyətində güllələnib – VİDEO

Rusiyada keçmiş mer evinin həyətində güllələnib – VİDEO

Rusiyanın Kemerovo vilayətinin Kiselevsk şəhərinin eks-meri Sergey Lavrentyev öz evinin həyətində güllələnib.

Virtualaz.org Rusiya mətbuatına istinadla bildirir ki, hadisə dünən gecə saatlarında baş verib.

Naməlum şəxslər S.Lavrentyevin yaşadığı Verx-Cumış qəsəbəsində yerləşən evinin həyətinə soxulublar. Eks-mer onlardan yalnız birini zərərsizləşdirə bilib. Digəri isə avtomobilə minərək hadisə yerindən qaçmağa müvəffəq olub. Atışma zamanı ev sahibi də ağır güllə yarası alıb və həyatını itirib.

“Çağırılmamış qonaqları”n həyətdə gəzişdiklərini mərhumun həyat yoldaşı görüb və ərinə bildirb. S.Lavrentyev evdən ov tüfəngi götürərək həyətə düşüb. Bir neçə dəqiqə sonra atəş səsləri eşidilib. Ərinin arxasınca həyətə enən qadın onun ölümcül yaralandığını, quldurlardan birinin isə öldüyünün şahidi olub.

Qeyd edək ki, S.Lavrentyev 16 il Kisilevsk şəhərinin meri olub.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …