Ana səhifə / Dünya / Rusiyada keçiriləcək referendumun ilkin tarixi açıqlandı

Rusiyada keçiriləcək referendumun ilkin tarixi açıqlandı

Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumu 12 aprel tarixində keçirilə bilər.

Azvision.az RBK-ya istinadla xəbər verir ki, bu, Kremldə müzakirə edilən ən çox ehtimal olunan tarixdir.

“26 aprel də müzakirə olunur ki, ancaq bu, daha az ehtimal edilən tarixidir. 19 aprel – bazar günü səsvermə üçün əlverişsizdir, çünki pravoslavların Pasxa gününə düşür”, – Kremlə yaxın mənbə bildirib.

Həmçinin, o da vurğulanıb ki, referendum Əsas Qanuna edilən dəyişikliklərin Dövlət Duması və Federasiya Şurası tərəfindən qəbul edilməsindən sonra keçiriləcək, lakin bölgələrin qanunverici məclislərinin ən azı üçdə ikisi də Konstitusiyaya düzəlişlərin qəbul edilməsini dəstəkləməlidir. Ümumilikdə Kreml referendumun mümkün qədər tez keçirilməsini istəyir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …