Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Rusiyada hava limanına Fərman Salmanovun adı verildi

Rusiyada hava limanına Fərman Salmanovun adı verildi

Rusiyanın Surqut hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. F.Səlmanovun adı “Rusiyanın böyük adları” müsabiqəsində ən çox səs toplayıb.

Onun rəqibləri Yermak Timofeyeviçlə Aleksandr Flipenko olublar. Hava limanına namizədlərdən hər hansının adının verilməsi üçün şərt kimi 1000 səs toplanılması irəli sürülüb.

Müsabiqənin rəsmi nəticələri dekabrın 5-də açıqlanacaq.

Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …