Ana səhifə / Dünya / Rusiyada fövqəladə vəziyyət elan olundu

Rusiyada fövqəladə vəziyyət elan olundu

Rusiyanın Yakutiya respublikasında fövqəladə vəziyyət elan olunub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib. Nazirin sözlərinə görə, qərar daşqınlarla əlaqədar qəbul olunub.

Qeyd olunur ki, daşqınlar nəticəsində Yakutiyada 11 yaşayış məntəqəsi ziyan çəkib, daha 6-7 qəsəbə su altında qalmaq təhlükəsi ilə üz-üzədir.

Bildirilib ki, bölgəyə xilasetmə işləri ilə əlaqədar əlavə qüvvələr cəlb olunur.

Həmçinin oxuyun

Türkiyəli məktəbli ixtirası ilə dünya birincisi oldu: Robot qol yaratdı

Türkiyəli məktəbli Artun Özsoy “Mobil robot qol” layihəsi ilə dünyada birinci yerə çıxıb. DHA məlumat …