Şənbə , Noyabr 28 2020
Ana səhifə / Dünya / Rusiyada deputat avtomobillə uşağı vurub qaçdı – VİDEO

Rusiyada deputat avtomobillə uşağı vurub qaçdı – VİDEO

ə idarə edilməsi maddələri əsasında ci

Rusiyada Novorossiysk şəhər dumasının deputatı  Vitali But piyada keçidində yolu keçməyə çalışan uşağı idarə etdiyi “Range Rover” markalı avtomobillə vuraraq hadisə yerindən qaçıb.
Bu barədə REN TV məlumat yayır. 
Qəzanın oktyabrın 4-də baş verdiyi bildirilir. 
Qeyd edilir ki, hadisə zamanı deputat sükan arxasında sərxoş vəziyyətdə oturub. 
Telekanalın məlumatına əsasən, yol-nəqliyyat hadisəsinin səbəbkarı artıq saxlanılıb. Onun barəsində iki – qəza yerindən qaçma və avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi maddələri əsasında cinayət işi açılıb.

Həmçinin oxuyun

Putin Təhlükəsizlik Şurasını yenə topladı

Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlılq Qarabağdakı …