Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Rusiyada benzin daşıyan maşın aşdı, üç idmançı öldü – VİDEO

Rusiyada benzin daşıyan maşın aşdı, üç idmançı öldü – VİDEO

Ötən gecə Rusiyanın Yekaterinburq şəhərinin yaxınlığında faciə baş verib.

Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, yol qəzası nəticəsində üç nəfər ölüb, daha beş nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mənbəyə əsasən, 4,5 ton benzin yüklənmiş “Ural” avtomobilinin sürücüsü marafon yürüşü zamanı yotulmuş idmançılara onları mənzil başınacan aparmağı təklif edib. Qaçış həvəskarları benzin çəninin üstündə yerləşiblər. Karpinsk – Kıştım yolunda maşın aşıb və partlayış baş verib.

Bildirildiyinə görə, faciə qurbanları “Konjak-2019” marafon yürüşünün iştirakçılarıdır.

  • 0

Həmçinin oxuyun

“Rusiya ilə münasibətlər ən yüksək səviyyədə deyil” – Mirzoyan

“İrəvanla Moskva arasında münasibətlər ən yüksək səviyyədə deyil”.Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan …