Ana səhifə / Dünya / Rusiyada azərbaycanlı adının “qəribəliyinə” görə saxlanılıb

Rusiyada azərbaycanlı adının “qəribəliyinə” görə saxlanılıb

Rusiyanın paytaxtı Moskvanın hava limanında “Ya Zamir” (Mən Zamirəm) yazılı plakat tutan Azərbaycan vətəndaşı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salma şübhəsi ilə saxlanılıb.

Bu barədə rusiyalı rəssam Yuri Şabelnikov “Facebook” hesabında yazıb.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanları onun bu yazısını sülhə çağırış kimi başa düşdüyü üçün saxlayıb. Belə ki, “Ya Zamir” rus dilində “Mən sülh tərəfdarıyam” mənasını verir.

Saxlanılan azərbaycanlının adının Zamir olması və hava limanında həmin şəxsi qarşılayacaq adamların onu tanıması üçün sözügedən plakatı daşıması müəyyən edildikdən sonra həmyerlimiz sərbəst buraxılıb.//Oxu.az

Həmçinin oxuyun

TBMM qəbul etdi: Finlandiya NATO-ya üzv olur

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqlənməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul …