Bazar ertəsi , May 27 2024
Ana səhifə / Dünya / Rusiyada 6 mindən çox yaşayış binasının su altında qaldığı bildirilir

Rusiyada 6 mindən çox yaşayış binasının su altında qaldığı bildirilir

Rusiyada Ural çayı üzərindəki bəndin üç dəfə – aprelin 5-də, 6-da və 8-də uçduğu bildirilir.

Nəticədə 6 mindən çox yaşayış binası su altında qalıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Orskdan, Novotroitsk və Orenburqdan dörd mindən çox insan təxliyə edilib.

Aprelin 8-də yerli sakinlər “Komsomolskaya” meydanındakı administrasiya binasında aksiya keçirərək seldən zərər çəkənlərə ödəniş tələb ediblər.

Meydana toplaşanlar: “Putin, kömək et!”, eyni zamanda, səlahiyyətlilərə xitabla: “Ayıb olsun!” – şüarları səsləndiriblər.

Polis etirazçıları dağıda bilməyib.

Orsk şəhərinin meri Vasili Kozupitsa vətəndaşların mitinqindən sonra daşqından zərər çəkmiş bütün ailələrə ilkin dəstək olaraq 100 min rubl ödəyəcəyini vəd edib.

Daha öncə isə Orenburq vilayətinin qubernatoru Denis Pasler evləri su altında qalan vətəndaşlara altı ay ərzində 10 min rubl kirayə vəd edib.

Regionun bir çox sakinləri isə təklif olunan məbləği yetərli hesab etmədiklərini deyiblər.

Onlar bu görüş zamanı çayın üzərindəki bəndin tikintisi, istismara qəbulu və ona texniki xidmət göstərilməsinə cavabdeh olan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Sakinlər həmçinin hər hansı mərkəzləşdirilmiş yardımın olmamasından şikayət ediblər.

Onlar su basmış evlərdə talanların baş verə biləcəyindən narahatdırlar.

Regionda fövqəladə vəziyyət elan edilib.

Şəhər infrastrukturuna dəyən ziyan 21 milyard rubl (21 milyon dollar) civarında hesablanıb.

Həmçinin oxuyun

Subasma səbəbindən azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi – VİDEO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb …