Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Rusiyada 11 yaşlı oğlan 14 yaşlı qızla evlənib

Rusiyada 11 yaşlı oğlan 14 yaşlı qızla evlənib

Dünən Rusiyanın Novosibirsk şəhərinin “Aura” ticarət mərkəzində qəribə toy məclisi baş tutub. Virtualaz.org sosial şəbəkə istifadəçilərinin məlumatına istinadən xəbər verir ki, 11 yaşlı qaraçı oğlan 14 yaşlı sevgilisi ilə ailə qurub.

Sosial şəbəkə istifadəçiləri toy mərasimi barədə xəbərə fərqli reaksiya veriblər.

“Bəyin 11, gəlinin 14 yaşı var. Özümü çox qoca hiss etdim”, – istifadəçilərdən biri yazır.

“Dövlət idarələri hara baxır? Nə olsun ənənələri belədir? Mən şokdayam… Bu uşaqlar intim həyata başlayacaqlar?” – digər istifadəçi hiddətini gizlədə bilmir.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, nikaha daxil olmaq üçün 18 yaşın tamam olması mütləq şərtdir. Bu yaş həddi xüsusi hallarda 16 yaşa endirilə bilər.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …