Ana səhifə / Dünya / Rusiyada 1000-dən çox etirazçı saxlanılıb
?????????????????????????????????????????????????????????

Rusiyada 1000-dən çox etirazçı saxlanılıb

Rusiyada “O bizim üçün çar deyil” şüarı altında keçirilən etiraz aksiyalarında azı 1000 nəfər saxlanılıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, saat 17.00-a olan məlumata əsasən, ən çox etirazçı – 574 nəfər paytaxt Moskvada saxlanılıb. Çelyabinskdə 164, Yakuskda – 75, Tolyattidə – 63, Sankt Peterbuqda – 53, Krasnodarda isə 49 etirazçı saxlanılıb.

Krasnoyarsk, Novokuznetsk, Kaluqa, Samara, Barnaul, Penza, Kemerovo, Voronej, Tver, Kurqan, Yekaterinburq, Blaqoveşensk və Tomskda da saxlanılanların olduğu bildirilir.

“O bizim üçün çar deyil” şüarlı etiraz aksiyaları müxalifət lideri Aleksey Navalnının tərəfdarları tərəfindən Rusiyanın onlarla şəhərində təşkil olunub. Aksiyalar prezident Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti olaraq keçirilir.

Həmçinin oxuyun

Baş Nazir 16 dəqiqəyə istefa verdi

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən …