Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Rusiya yeni “İskəndər” raketini sınaqdan keçirdi – VİDEO

Rusiya yeni “İskəndər” raketini sınaqdan keçirdi – VİDEO

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda baş tutmuş təlimlərində “İskəndər-M” yeni ballistik raket kompleksi sınaqdan keçirilib.

Bu barədə videonu şəbəkədə “Zvezda” telekanalı yerləşdirib. Raket 130 kilometrdən uzaq məsafədə yerləşən obyektə Lyaur poliqonundan buraxılıb. Bunu Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanının köməkçisi, polkovnik Yaroslav Roşşupkin deyib. Hədəf rolunu oynayan şərti terrorçu düşərgəsi məhv edilib.

Roşşupkinin sözlərinə görə, bu sınaq raketin daha dəqiq və düşmən tərəfindən daha çətin aşkarlanması xüsusiyyətlərini təsdiq edib. Qeyd olunur ki, raket hədəfdən təxminən 10 metr yayınıb.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …