Ana səhifə / Dünya / Rusiya XİN: “Ukrayna ilə bağlı istənilən səviyyədə görüşlərə hazırıq”

Rusiya XİN: “Ukrayna ilə bağlı istənilən səviyyədə görüşlərə hazırıq”

Rusiya Ukrayna böhranı ilə bağlı istənilən səviyyədə təmaslara hazırdır, lakin onlar yaxşı hazırlanmış və mənalı olmalıdır. 

Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.“Prinsipcə, biz Ukrayna böhranının əsasında duran problemlər və Ukraynadakı vəziyyətin həlli yolları ilə bağlı istənilən təmaslara hazırıq. Bununla belə, bu cür təmaslar yaxşı hazırlanmış və mənalı olmalıdır və diqqəti yayındırmaq üçün aparılmamalıdır”,-deyə, XİN rəsmisi bildirib.

Diplomat xatırladıb ki, martın 10-da Antalyada Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. “Martın sonunda Türkiyə rəhbərliyi yeni görüş təşkil etməyə hazır olduqları barədə siqnallar aldıq, lakin onlar praktiki inkişafa nail olmadılar”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …