Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub

Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 6719 nəfər yeni növ koronavirusa yoluxub, ölkə üzrə ümumi yoluxma sayı 641 156-ya yüksəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ötən sutkada virus daşıyıcısı olan 93 nəfər vəfat edib.

Bununla pandemiya qurbanlarının sayı 9166-ya çatıb. İndiyədək 403 430 xəstə sağalıb.

Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da koronavirus məsələsinə toxunub. O deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı COVID-19-a yoluxub.

“40-a yaxın əməkdaşımız koronavirusa yoluxub. Bir nəfər vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub, onun həyat yoldaşı təcili tibbi yardım xidmətində çalışıb və görünür ki, o, xəstəliyi asimptomatik olaraq keçirib”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …