Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Rusiya XİN-dən Türkiyə-Ukrayna razılaşmasına reaksiya

Rusiya XİN-dən Türkiyə-Ukrayna razılaşmasına reaksiya

Pilotsuz uçuş aparatlarının (PUA) alışı Ukraynadakı böhranın dərinləşməsi amilinə çevrilməməlidir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə və Ukrayna arasında PUA-ların alqı-satqısı ilə bağlı əldə edilən razılığı şərh edərkən deyib.

“İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır. Problem ondadır ki, Ukrayna daxili silahlı böhran yaşayır, daha doğrusu, vətəndaş müharibəsi… Bu daxili böhran beynəlxalq miqyasa malikdir. Belə ki, bir sıra ölkələr və beynəlxalq təşkilatlar böhranın həlli üçün yalnız sülh yolunu müdafiə edirlər. Ona görə də, silahların Ukraynada yerləşdirilməsi daxili böhranın dərinləşdirilməsində amilə çevrilə bilməz”, – deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Ukraynanın “Ukrspeseksport” dövlət kompaniyası ilə Türkiyənin “Baykar Makina” kompaniyası arasında “Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının alqı-satqısı barədə müqavilə imzalanıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …