Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Rusiya XİN: “Avropa İttifaqı NATO-nun tam nəzarəti altındadır”

Rusiya XİN: “Avropa İttifaqı NATO-nun tam nəzarəti altındadır”

“Avropa İttifaqının (Aİ) Avropanın təhlükəsizlik məsələlərini artıq mövcud formatlarda müzakirə etməyə hazır olması barədə bəyanatı o deməkdir ki, hərbi təhlükəsizlik sahəsində Aİ NATO-nun tam nəzarəti altındadır”.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Avropa İttifaqının bu bəyanatları yalnız bir şeyi ifadə edir ki, hərbi təhlükəsizlik sahəsində Avropa İttifaqı NATO-nun tam nəzarəti altındadır. Bu gün müstəqil hərbi-siyasi rol oynamaq, ABŞ-dan daha az müstəqil olmaq ambisiyaları praktiki olaraq həyata keçirilmir”, – deyə o qeyd edib.

Bundan əvvəl, “Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin sözçüsü Piter Stano bildirib ki, təmsil etdiyi qurum mövcud formatlar çərçivəsində Avropa təhlükəsizliyinin müzakirəsinin tərəfdarıdır./report

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …