Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Dünya / Rusiya və Ermənistan liderlərinin görüşü keçirilib

Rusiya və Ermənistan liderlərinin görüşü keçirilib

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Putin Ermənistan nümayəndə heyəti üçün Peterburq Beynəlxalq İqtisadi Forumda iştirakın maraqlı olacağına ümid etdiyini bildirib.

Rusiya prezidenti xatırladıb ki, RF Ermənistanın əsas ticarət tərəfdaşıdır və bu ölkənin xarici ticarətinin 26%-i Rusiyanın payına düşür. Rusiyanın Ermənistana birbaşa investisiyalarının həcmi təxminən 2 milyard dollar təşkil edir. “İkitərəfli münasibətlərimizi xarakterizə etməyə zərurət yoxdur. Biz bunu mütəmadi edirik, lap bu yaxınlarda sizinlə görüşmüşük, indi isə bütün bunlar barədə danışmaq imkanımız var”, – Putin deyib.

Rusiya prezidenti sözlərinə davam edib: “Xüsusi müttəfiq münasibətlərimizi göstərən başqa bir çox məqamlar da var”.

Öz növbəsində, Nikol Paşinyan qeyd edib ki, Yerevanla Moskva arasında münasibətlər planlı şəkildə inkişaf edir.

Həmçinin oxuyun

Britaniya Fars körfəzinə 100 dəniz piyadası göndərir

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə …