Bazar ertəsi , May 27 2024
Ana səhifə / Dünya / Rusiya Ukraynadan 700 minə yaxın ukraynalı uşaq oğurlayıb?

Rusiya Ukraynadan 700 minə yaxın ukraynalı uşaq oğurlayıb?

Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə və Rusiyada xüsusi uşaq müəssisələrində olan 4390 ukraynalı yetim və valideyn himayəsindən məhrum uşaq var.
Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşşuk 28 mart 2023-cü ildə vahid telemarafonun efirində bildirib.
Vereşşukun sözlərinə görə, Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinə uşaqların oğurlanması ilə bağlı bütün materialları, xüsusən də prokurorluq, kəşfiyyat, polis və SBU tərəfindən əldə edilən məlumatları təqdim edir.
Həmçinin, bəzən rusların özləri də ukraynalı uşaqların oğurlanması faktlarını təsdiqləyirlər.
“Lvova-Belova (Mariya Alekseevna Lvova-Belova – Rusiyanın dövlət, siyasi və ictimai xadimidir. 27 oktyabr 2021-ci ildən Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil. Yetimlərin, əlilliyi olan gənclərin və uşaq evlərinin məzunlarının sosiallaşdırılması və sosial adaptasiyası üzrə mütəxəssis. – Qaynar.) bir uşağı övladlığa götürəndə biz bu konkret uşaq üçün ölkə kimi müraciət etdikdə və onun qaytarılmasını tələb etdikdə… Əvəzində onu övladlığa götürüb bununla öyünürlər, bütün dünyaya göstərirlər, deməli, bu artıq fakta ehtiyacı olmayan materialdır. Əslində sübuta ehtiyac yoxdur. Onlar cinayətlərini artıq sənədləşdiriblər. Buna görə cavab verəcəklər”, – Vereşşuk vurğulayıb.
Rəsmi deyir ki, Ukrayna beynəlxalq ictimaiyyətin təcavüzkar ölkəyə təzyiqinə ümid edir:
“Biz beynəlxalq ictimaiyyətə, onların təzyiqlərinə, övladlarımıza qarşı soyqırımı cinayətini törədənlərə qarşı sanksiyalar tətbiq edəcəklərinə, təzyiq göstərəcəklərinə və məsuliyyətə cəlb edəcəklərinə ümid edirik. Artıq kifayət qədər sübutlar toplanıb. Ümid edirik ki, bizim səylər və beynəlxalq ictimaiyyətin təzyiqi uşaqlarımızın qaytarılması prosesini sürətləndirməyə imkan verəcək”, – Baş nazirin müavini bildirib.
Xatırladaq ki, Ukrayna məlumat toplama sistemi rəsmi olaraq 16 221 uşağın Ukraynadan Rusiyaya deportasiyasını qeydə alıb. BMT 164 ukraynalı uşağın ruslar tərəfindən qanunsuz köçürülməsi hallarını tanıyıb.
Digər mənbələrə görə, rusların götürdüyü uşaqların sayı daha çoxdur və 700 minə çatır.

Həmçinin oxuyun

Subasma səbəbindən azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi – VİDEO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb …