Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Dünya / “Rusiya Türkiyəyə köməyi davam etdirəcək” – Putin

“Rusiya Türkiyəyə köməyi davam etdirəcək” – Putin

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iyulun 31-də telefonla danışıblar. Danışığın gedişində onlar Türkiyənin cənubunda meşə yanğınları ilə bağlı situasiyanı müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin xəbər verdiyi kimi, Rusiya lideri vəd edib ki, ölkəsi yanğınların söndürülməsinə hərtərəfli köməklik göstərəcək.

«Türkiyənin cənub rayonlarında meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyət müzakirə olunub. Bu təbii fəlakətlə mübarizədə iki ölkənin qarşılıqlı fəaliyyət imkanlarının əhəmiyyəti qeyd olunub. Vladimir Putin qeyd edib ki, Rusiya Türkiyəyə yanğınların söndürülməsində hərtərəfli kömək göstrəməyə davam edəcək» – xəbərdə deyilir.

Həm də qeyd olunur ki, Türkiyə lideri öz tərəfindən sanballı yardım göstərməsi qarşılığında rusiyalı həmkarına təşəkkür edib.

Bundan əvvəl xəbər verildiyi kimi, Türkiyənin 6 əyaləti – Antalya, Adana, Mersin, Muğla, Osmaniyyə və Kayseri alova qərq olub. Üç gündür tüğyan edən yanğın şəhərlərin və digər yaşayış məntəqələrinin əhali yaşayan kvartallarına adlayıb.

Həmçinin oxuyun

Diplomatik qalmaqal: Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırdı

Paris məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir …