Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Rusiya təyyarəsi dənizdə itən iki azərbaycanlının izinə düşdü

Rusiya təyyarəsi dənizdə itən iki azərbaycanlının izinə düşdü

Yapon dənizində itkin düşən “Vostok” (Şərq) gəmisinin axtarış ərazisinin miqyası genişləndirilib.

Bu barədə “RİA Novosti”yə “Vladivostok” xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış ərazisi genişləndirilib. Hadisə yerinə “Kunaşir” teploxodu gələrək axtarışlara qoşulub. Bundan əlavə, hadisə yerində xilasedici gəmisi, “Fesco” gəmisi, “Mi-8” helikopteri və “Be-200” təyyarəsi işləyir. Getdikcə hava yaxşılaşır”, – deyə nümayəndə bildirib.

Nümayəndənin sözlərinə görə, axtarışlar zamanı “Be-200” təyyarəsi sala bənzər predmet aşkarlanıb. Hazırda ərazinin yoxlanılması üçün ora gəmi göndərilib.

Qeyd edək ki, Rusiyaya məxsus “Vostok” balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir. (AzVision.az)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …