Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” – Putin

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” – Putin

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

“Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi”, – deyə Prezident vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bir müddət əvvəl Putinin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa can atdığını bildirmişdi.

Qafqazinfo

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …