Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Dünya / “Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” – Putin

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” – Putin

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

“Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi”, – deyə Prezident vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bir müddət əvvəl Putinin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa can atdığını bildirmişdi.

Qafqazinfo

Həmçinin oxuyun

Çində etirazlar başladı – Xalq hakimiyyətin dəyişməsini istəyir+Video

Çinin paytaxtı Pekin və bir çox şəhərlərdə etirazlar başlayıb. “Azinforum.az” xarici KİV-ə istinadən xəbər verir …