Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Dünya / Rusiya separatçıya azadlıq tələb etmiş azərbaycanlı stəndapçını ölkədən çıxarır

Rusiya separatçıya azadlıq tələb etmiş azərbaycanlı stəndapçını ölkədən çıxarır

Polis yumorist İdrak Mirzəlizadəni Rusiyadan deportasiya edə bilər. 
Qaynarinfo xəbər verir ki, onun Rusiya Federasiyasında qalması arzuolunmaz hesab edildikdən sonra, stand-up sənətçisinin özü ölkəni tərk etməsə, RF Daxili İşlər Nazirliyi bu cür hərəkətlərə əl ata bilər.
Bundan əvvəl nazirlik onun Rusiyada yaşamasını arzuolunmaz kimi elan edib. Buna səbəb onun ruslarla bağlı zarafatı olub. Hüquq-mühafizə orqanlarının işçiləri bu zarafatda nifrət və düşmənçiliyin qızışdırıldığı elementlərini görüblər.
İyulun sonunda Mirzəlizadəyə qarşı inzibati iş açılıb. O, nifrət salmaqda təqsirli bilinərək 10 sutka həbs cəzasına məhkum edilib. Məhkəmə 29 yaşlı stand-up sənətçisinin “etnik mənsubiyyətinə görə təsbit edilmiş bir qrup şəxsin alçaldılması əlamətlərini ehtiva edən açıqlamalar verdiyini” təsbit edib.
Komediyaçı özü sözlərinin kontekstdən çıxarıldığını iddia edib və nömrəsinin özünün də ksenofobiyanı lağa qoyduğunu bildirib. Mirzəlizadənin çıxışının video yazısı yayımlandırqdan sonra o, Moskvanın mərkəzində hücuma məruz qalıb və üzr istəyib. Əlavə olaraq, o, təhdid aldığını bildirib.
Moskvanın Taqansk Məhkəməsi İdrak Mirzəlizadənin ruslarla bağlı “uğursuz zarafatı”na görə 10 günlük həbs qərarı verib. 
Xatırladaq ki, bundan bir qədər əvvəl isə İdrak Mirəlizadə Rusiyanın 1-ci kanalında yayımlanan “Вечерний Ургант” verlişində çıxışının sonunda Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadəyə “azadlıq” istəyib. Onun bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçilər separatçı birinə “azadlıq” istənilməsini düzgün hesab etməyib.

Həmçinin oxuyun

Rusiyada seçkilərdə bu partiyalar qalib gəlib

Rusiyanın hakim Vahid Rusiya Partiyası Dövlət Dumasına keçirilən seçkilərdə qələbəsini elan edib. Partiyanın ictimai dəstək …