Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Rusiya səfirliyi binasından “Ukraynanın müstəqilliyi” lövhəsini asmağa məcbur edildi

Rusiya səfirliyi binasından “Ukraynanın müstəqilliyi” lövhəsini asmağa məcbur edildi

Rusiya Federasiyasının Latviyadakı səfirliyi 3 ay ərzində öz binasına küçənin yeni adı – “Ukraynanın müstəqilliyi” yazılmış lövhə asmalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə LSM Riqa Şəhər Şurasına istinadən məlumat yayıb.
Səfirlik ona məxsus üç binanın üzərinə “Ukraynanın Müstəqilliyi” yazılmış lövhə vurmalıdır. Həmin lövhənin küçənin adı ilə əvəzlənməsinin zəruriliyi barədə diplomatik quruma poçt vasitəsilə mesaj göndərilib.
“Qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində bina sahibləri binaların üzərinə yeni lövhələr – yeni nömrələr və küçə adları yerləşdirməlidirlər. Bu edilmədiyi təqdirdə bələdiyyə polisinin bina sahibini cərimələmək hüququ olacaq. Bu halda cərimə 10-150 avro ola bilər”, – məlumatda deyilir.
Xatırladaq ki, martın əvvəlində Riqa Şəhər Şurası Rusiyanın hərbi hücumuna müqavimət göstərən Ukraynanı dəstəkləyib və Ukrayna xalqının qəhrəmanlığının şərəfinə küçələrdən birinin adının dəyişdirilməsi barədə qərar qəbul edib. Maraqlıdır ki, küçə adı məhz Rusiya Federasiyasının Latviyadakı səfirliyinin yerləşdiyi ərazidə dəyişdirilib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …