Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Rusiya səfiri amerikalılara təşəkkür etdi

Rusiya səfiri amerikalılara təşəkkür etdi

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Amerika vətəndaşlarına təşəkkürünü bildirib.

Buna səbəb xeyli sayda amerikalının səfirliyə iki ölkə arasındakı dostluq münasibətlərinə dəstəyi göstərən məktub göndərməsidir.

Səfirin sözlərinə görə, amerikalılar bu yaxınlarda Vaşinqtondan Moskvanın ünvanına səslənən arzuolunmaz açıqlamalara görə üzr istəyiblər.

“Dövlətlər arasındakı dialoqun qarşılıqlı hörmət və bərabərliyə əsaslanmalı olduğunu başa düşən sadə amerikalıların qayğıkeş və fəal mövqeyi məni çox təsirləndirdi. ABŞ vətəndaşlarının bu yanaşması Rusiya və Amerika xalqları arasındakı əlaqələrin normallaşdırılması potensialının qaldığını göstərir”,- deyə səfir bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilən seçkilərə müdaxilə etdiyinə görə cavab verməli olduğunu deyib.
Bundan əlavə, Ağ Evin başçısı Rusiya liderini “qatil” hesab etdiyini söyləyib. Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …