Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Rusiya qoşunlarının Xersondan çıxışı başa çatıb

Rusiya qoşunlarının Xersondan çıxışı başa çatıb

Rusiya qoşunlarının Xerson istiqamətində Dnepr çayının sol sahilinə köçürülməsi zamanı itkilərə yol verilməyib. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, qoşun qruplarının sol sahilə daşınması prosesi cümə günü Moskva vaxtı ilə saat 05:00-da başa çatıb. Xerson vilayətinin sağ sahil hissəsini tərk etmək istəyən bütün mülki şəxslərə təxliyədə köməklik göstərilib. Sağ sahildə bir dənə də olsun hərbi texnika və silah-sursat qalmayıb. Geri qayıdan rus qoşunları müdafiə xətlərində və mühəndislik baxımından əvvəlcədən hazırlanmış mövqelərdə yerləşdiriliblər.

İddia olunur ki, Ukrayna ordusu gecə saatlarında mülki əhalinin daşınmasını və qoşunların sol sahilə köçürülməsi prosesini pozmağa cəhd edib. Ukrayna hərbçiləri HIMARS raketləri ilə keçidlərə 5 zərbə endirib və Rusiya hava hücumundan müdafiə qüvvələri 28 mərmini zərərsizləşdirib.

AzVision.az

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …