Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Rusiya Prezidenti: “Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib”

Rusiya Prezidenti: “Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib”

“Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib, dövlətlərin öz milli mənafeyini qorumaq bacarığını nümayiş etdirir”.

“Report” xəbər verir ki, bunu “Türk axını” təbii qaz kəməri layihəsinin Türkiyəyə qaz verilməsini nəzərdə tutan ilk xəttinin dəniz hissəsinin tamamlanması ilə əlaqədar İstanbulda keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu kimi layihələr, o cümlədən hazırkı layihə heç kimə qarşı yönəlməyib və sırf qurucu mahiyyət daşıyır”, – deyən Rusiya Prezidentinin sözlərinə görə, bu layihə dövlətlərarası münasibətlərin genişlənməsinə, iqtisadiyyatın dayanıqlı inkişafına və iki ölkə əhalisinin rifahının yüksəlməsinə yönəlib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …