Cümə , Oktyabr 18 2019
Ana səhifə / Dünya / Rusiya polisi vətəndaşı bölmədə belə “ağıllandırır” – VİDEO

Rusiya polisi vətəndaşı bölmədə belə “ağıllandırır” – VİDEO

Rusiya KİV-lərində iki vətəndaşın polis bölməsində vəhşicəsinə döyülməsi və təhqir olunmasını əks etdirən video yayımlanıb.

“REN TV”-nin hazırladığı süjetdən məlum olur ki, hadisə Rusiyanın Saratov şəhərində lentə alınıb.

Sözügedən hadisə 2016-cı ilin aprelində baş versə də, kadrlar bir müddət bundan öncə üzə çıxıb. Və dərhal da Rusiya İstintaq Komitəsi tərəfindən nəzarətə götürülüb.

Komitənin məlumatında iki vətəndaşın polislər tərəfindən Saratov şəhərinin Lenin rayonuna aid polis bölməsində döyüldüyü bildirilir. O da qeyd olunur ki, artıq həmin polis işçilərinə qarşı cinayət işi qaldırılıb və araşdırma aparılır.

AzPolitika.info

Həmçinin oxuyun

ABŞ Maduronun Bakıya gəlməsini istəmir-reaksiyalar

Bu il oktyabrın 25-26-da Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edəcək. Təşkilatın miqyası, …