Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Rusiya öz qoşunlarını Suriyanın Afrin bölgəsindən çıxardı

Rusiya öz qoşunlarını Suriyanın Afrin bölgəsindən çıxardı

Rusiya hərbiçiləri Suriyanın şimalındakı Afrin bölgəsini tərk edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya ordu komandanlığı Türkiyənin əməliyyat keçirdiyi Suriyanın Afrin rayonundakı hərbçilərin təhlükəsizliyini təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görüb.

Komandanlığın əmri ilə Rusiya hərbçiləri Afrindən “Təl Rifat” təhlükəsizlik zonasındakı Təl Əcər rayonuna dislokasiya edilib.

Məlumatda o da bildirilir ki, “Təl Rifat” təhlükəsizlik zonasındakı vəziyyətə fasiləsiz nəzarət olunur.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …