Bazar , Yanvar 17 2021
Ana səhifə / Dünya / Rusiya öz qoşunlarını Suriyanın Afrin bölgəsindən çıxardı

Rusiya öz qoşunlarını Suriyanın Afrin bölgəsindən çıxardı

Rusiya hərbiçiləri Suriyanın şimalındakı Afrin bölgəsini tərk edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya ordu komandanlığı Türkiyənin əməliyyat keçirdiyi Suriyanın Afrin rayonundakı hərbçilərin təhlükəsizliyini təmin etmək və mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görüb.

Komandanlığın əmri ilə Rusiya hərbçiləri Afrindən “Təl Rifat” təhlükəsizlik zonasındakı Təl Əcər rayonuna dislokasiya edilib.

Məlumatda o da bildirilir ki, “Təl Rifat” təhlükəsizlik zonasındakı vəziyyətə fasiləsiz nəzarət olunur.

Həmçinin oxuyun

Gerhard Şröder: “Heç bir Rusiya prezidenti Krımı Ukraynaya verməz”

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Gürcüstan və Ukryananın NATO-ya daxil olması ilə bağlı diskussiyaları yersiz …