Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Rusiya ordusu Ukraynada desant dəniz əməliyyatı hazırlayır” – Baş Qərargah

“Rusiya ordusu Ukraynada desant dəniz əməliyyatı hazırlayır” – Baş Qərargah

Rusiya ordusu desant dəniz əməliyyatı hazırlayır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 17-də saat 06:00-a olan operativ məlumatında qeyd edilib.”Dəniz Piyadaları Korpusunun 810 və 155-ci ayrı-ayrı briqadalarının bölmələri dəniz desant əməliyyatına hazırlanır. Məlumat dəqiqləşdirilir”, – deyə bildirilir.

Eyni zamanda, Kursk, Bryansk və Voronej vilayətlərindən rus bölmələrinin Ukrayna ərazisinə hərəkəti davam edir.

Baş Qərargahdan verilən məlumata görə,Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində yerləşən bölmələrinin təminatla bağlı ciddi problemləri var. Eyni zamanda, onlar əhəmiyyətli sursat ehtiyatı toplaya biliblər.

“Donetsk və Tavriçe istiqamətlərində düşmən Mariupola aviazərbələr endirməkdə davam edib. Dəniz limanı ərazisində hücum əməliyyatları həyata keçirilib”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …