Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Rusiya ombudsmanı Azərbaycanı nümunə göstərdi

Rusiya ombudsmanı Azərbaycanı nümunə göstərdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova pandemiya dövründə məhkumların əfv olunması ilə bağlı Azərbaycanın təcrübəsini nümunə göstərib.

Ombudsmanın “Yeni koronavirus infeksiyasının yayılması şəraitində insan hüquqlarının qorunması” mövzusunda məruzəsində T.Moskalkova koronavirus pandemiyası dövründə islah müəssisələrinin yükünü azaltmaq üçün kiçik cinayətlərə görə məhkumların daha tez-tez əfv edilməsini təklif edib.

“Problemi həll etmək üçün aşağıdakı yollar təklif edilə bilər. Məsələn, kiçik cinayətlərə görə məhkumları əfv edilməsi praktikasının genişləndirilməsi. COVID-19 pandemiyasının yayılması ilə əlaqədar yaşı və sağlamlıq vəziyyəti ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan, 65 yaşdan yuxarı şəxslərdən ağır cinayətlər törətməyən 176 nəfərin əfv edildiyi Azərbaycan Respublikasının təcrübəsi diqqət çəkir”, – deyə hesabatda qeyd olunub.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …