Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Rusiya neft-qaz hasilatını kəskin şəkildə azaltdı

Rusiya neft-qaz hasilatını kəskin şəkildə azaltdı

2020-ci ildə Rusiyada neft və qaz hasilatı müvafiq olaraq 8,6 və 6,2 faiz azalıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Dispetçer İdarəsi Yanacaq-Enerji Kompleksi (SDU TEK) məlumat verib.

İnterfaksın verdiyi məlumata görə, qaz hasilatının həcmi 692,33 milyard kubmetr təşkil edib. Keçən ilin dekabr ayında bu, 66,28 milyarda bərabər olub. Bu, bir il əvvəlki dövrlə müqayisədə 1,6 % azdır. MDB xaricindəki ölkələrə neft ixracatı yüzdə 11,8 azalıb. Onun gündəlik orta ölçüsü isə 4.39 milyon barel olub.

12 ayın nəticələrindən sonra istehsal 512 milyon ton təşkil edib. Üstəlik dekabr ayında düşmə yüzdə 11 oldu. Bu, illik ortalamadan daha ciddi rəqəmdir.

Bundan əvvəl koronavirus pandemiyası fonunda ilin əvvəlindən bəri dünya bazarında neft qiymətlərinin yüzdə 20 azaldığı bildirilmişdi. Beləliklə, bir barelinin qiyməti 60 dollardan çox olan Brent markalı neft yüzdə 21-22 faiz düşüb.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …