Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Dünya / Rusiya müxalifəti küçələrə çıxdı – VİDEO

Rusiya müxalifəti küçələrə çıxdı – VİDEO

Moskvada Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Boris Nemtsovun xatirəsinə yürüş keçirilib.

Aksiya Moskva meriyası ilə razılaşdırılsa da, təşkilatçılar bir neçə nəfərin saxlandığını bildirirlər. Azadlıq Radiosunun Rusiya xidməti saxlananlardan “Rus, oyan”, “Rus, mübarizə apar” kimi şüarların alındığını yazır.

Liberal müxalifət partiyalarının təşkil etdikləri aksiyada Nemtsovun portretləri ilə yanaşı, onun sitatlarının yer aldığı şüarlar da qaldırılıb.Aksiyanın önündə PARNAS Partiyasının lideri Mixail Kasyanov, “Həmrəylik” Hərəkatının rəhbəri İlya Yaşin gedirlər.Yürüşə “Yabloko” Partiyasının sədri, prezidentliyə namizəd Qriqori Yavlinski də qatılıb.Aksiyaya prezidentliyə namizəd Kseniya Sobçak da qoşulub.Yürüşdə onminlərlə insan iştirak edir.

Aksiyanın sonunda yürüşçülər Nemtsovun 3 il qabaq öldürüldüyü Moskvoretsk körpüsünə gəlib oraya gül-çiçək düzüzblər.Nemtsov 1990-cı ilərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci illərdə müxalifətə keçib. 2015-ci il, fevralın 27-də qətlə yetirilib.

Həmçinin oxuyun

Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır

Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar. Sentyabrın 27-də döyüşə gedən 30 …