Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Dünya / Rusiya Müdafiə Nazirliyinin Baş qərargah rəisinin müavini həbs edildi

Rusiya Müdafiə Nazirliyinin Baş qərargah rəisinin müavini həbs edildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi-əks-kəşfiyyat idarəsinin əməkdaşları Silahlı qüvvələrin Rabitə üzrə Baş İdarəsinin rəisi və Baş qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovu həbs edib.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Öncə Baş hərbi istintaq idarəsinə aparılan general daha sonra 235-ci qarnizon məhkəməsinə verilib.

TASS agentliyinin məlumatına əsasən yüksək rütbəli hərbi məmur “Voentelekom” şirkətində baş verən yeyintilərə görə suçlanır.

Xəlil Arslanova hələ bu ilin yanvar ayının 21-də ittiham irəli sürülüb. Onun tərəfindən dövlətə vurulan zərər 6,7 milyard rubl (104 milyon 453 min ABŞ dolları) dəyərində ölçülür.

İttiham aktında servis xidməti, habelə xüsusi hərbi texnikanın təmiri ilə bağlı dövlət sazişlərinin imzalanması zamanı yeyinti faktlarının aşkar edildiyi bildirilir. Buna əsas olaraq Baş hərbi prokurorluğunun apardığı yoxlamar zamanı gəldiyi nəticələr göstərilib. Burada dəyən ümumi zərər 460 milyon rubl (7 milyon 170 min ABŞ dolları) olaraq hesablanır.

İstintaq “Voentelekom” şirkətinin keçmiş rəhbəri Aleksandr Davıdovun əlbir olduğu şəxslərlə bərabər alınan məhsulların qiymətini dəfələrlə yüksəltdiyini, o cümlədən Rusiya Müdafiə nazirliyi ilə imzalanan sazişlərə görə “ikiqat ödəmə” aldığını qeyd edib.

Həbs olunan generalın milyonluq mülk və başqa daşınmaz əmlak sahibi olduğu da üzə çıxıb.
Buna görə də İkinci hərbi dairə məhkəməsi X.Arslanovun Moskva vilayətinin Odintsovo rayonunda Lipki qəsəbəsindəki ev və torpaq sahəsinin üzərinə həbs qoyub.

Xatırladaq ki, 2018-ci ilin avqustunda hərbi rabitənin modernləşdirilməsi ürə dövlət proqramının gerçəkləşməsinə cavadeh sayılan, Müdafiə nazirliyinin 1-ci Baş rabitə idarəsinin rəisi general Aleksandr Oqloblin də külli miqdarda maliyyə maxinasiyalarına görə həbs olunmuşdu. Məhz A.Oqloblinin Xəlil Arslanova qarşı ifadə verdiyi qeyd edilir.

Musavat.com

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …