Çərşənbə , May 25 2022
Ana səhifə / Dünya / “Rusiya meyitlərin saxlanması üçün əlavə soyuducular hazırlayır” – Zelenski

“Rusiya meyitlərin saxlanması üçün əlavə soyuducular hazırlayır” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya hərbçilərinə müraciət edib.

Zelenski rus əsgərləri Ukraynaya qarşı döyüşə girməməyə çağırıb.

“Niyə onlar Ukraynada ölməlidirlər və qohumlarının buna ehtiyacı varmı?”, – deyə Ukrayna Prezidenti müraciətində bildirib:

“Rusiya komandirləri əsgərlərə döyüşməkdən imtina etdiklərinə görə, ciddi məsuliyyətlə üz-üzə olduqlarını deyirlər. Lakin meyitlərin saxlanması üçün əlavə soyuducuların hazırlanması barədə heç nə demirlər. Planlaşdırılmış itkilərdən danışmırlar. Rusiyanın hər bir əsgəri həyatını xilas edə bilər. Sizin bizim torpaqda həlak olmağınızdansa, Rusiyada sağ qalmağınız yaxşıdır”.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …